Yol Polisi:”Sürücülərimiz qarlı-şaxtalı hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmayıb”
Bizi izləyin

Qırmızı.az

Yol Polisi:”Sürücülərimiz qarlı-şaxtalı hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmayıb”

Yol Polisi:”Sürücülərimiz qarlı-şaxtalı hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmayıb”

Bizim sürücülərimizin çoxu qarlı-şaxtalı hava şəraitində avtomobili idarə etməyə uyğunlaşmayıb. Çox az hallarda qar, şaxta olduğundan onlar buna alışmayıblar.

Bu sözləri Publika.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

O, şaxtalı hava şəraiti ilə əlaqə sürücülərə xəbərdarlıq etdi.

“Sürücülər ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. İctimai nəqliyyatda bu cür hava şəraitində avtomobil idarə etməyi bacaran sürücülər istifadə edir.

Bu cür hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik, avtomobillərik şüşə ilgəcləri mütləq işləməlidir. Bütün avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı,ara məsafəsi normadan artıq olmalıdır”.

V.Əsədov piyadalara da xəbərdarlıq etdi, yolların hərəkət hissəsindən hərəkət etməsinlər: “Başqa günlərdən fərqli olaraq yalnız onlar üçün ayrılmış səkilərdən istifadə etməlidirlər. Valideynlər övladlarının avtomobil yollarında hərəkətinə, oynamalarına icazə verməməlidirlər”.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm