Zəlzələdə ölənlərin sayı 410-a çatdı
Bizi izləyin

Qırmızı.az

Zəlzələdə ölənlərin sayı 410-a çatdı

Çinin Yunnan vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 410-a çatıb.

Publika.az-ın məlumatına görə, ötən gün hərbçi xilasedicilər dağıntıların altından daha 5 nəfərin meyitini çıxarıblar. Xəsarət alanların sayı isə, 2300-ə yaxındır. Xilasetmə işləri hazırda da davam edir. Bildirilir ki, xilasetmə işlərinə minlərlə hərbiçi, polis və yanğınsöndürənlər qatılıb. Məlumata görə, yeraltı təkanlar zamanı 12 mindən çox ev dağılıb.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar mərkəzi zəlzələnin gücünü Rixter cədvəli ilə 6,3 bal kimi qiymətləndirib. Yeraltı təkanların episentri Ludian rayonunda 10 kilometr dərinlikdə qeyd alınıb. Zəlzələ nəticəsində, torpaq sürüşmələri də baş verib.

Qeyd edək ki, təbii fəlakət Yunnan vilayətində son 14 ildə baş verən ən güclü zəlzələ hesab olunur. Sonuncu dəfə Çinin Siçuan vilayətində baş vermiş 7,7 bal gücündə zəlzələ 15 min insanın ölümünə səbəb olmuşdu.

Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm