Bakıda paltar oğruları tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda paltar oğruları tutuldu

Bakıda tikinti şirkətlərinin birindən oğurluq edilib.

Səbail Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, yeni tikilidə fəhlə işləyən Bakı şəhər sakinləri Rasim Cavadov, Nikita Tolubiyev və Yevlax rayon sakini Ülvi Qurbanov əlbir olub birlkdə çalışdığı şəxslərin paltarını və mobil telefonlarını oğurlayıblar.

8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, zərərçəkən Kənan Xaniyev və Sənan Dadaşov da tikilidə fəhlə işləyirlər. Onlar əşyalarını və paltarlarını geyinib-soyunma otağında qoyaraq işə başlayıblar. Lakin digər şəxslər bundan istifadə edərək onların geyimlərini oğurlayıblar.

Tutulan şəxslər ifadələrində bildirib ki, əslində, məqsədləri pul əldə etmək olub, lakin pul tapa bilmədiklərindən geyimləri və mobil telefonları oğurlayıb aradan çıxıblar.

Hər üç şəxs barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm