İstanbulda bina çökdü, yaralılar var
Bizi izləyin

Qırmızı.az

İstanbulda bina çökdü, yaralılar var

İstanbul şəhərində yaşayış binasında naməlum səbəbdən çökmə meydana gəlib.

ANS PRESS-in xəbərinə görə, hadisə Fatih rayonu, Dərviş Əli məhəlləsi, Vaiz küçəsində baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə və axtarış – xilasetmə briqadaları cəlb olunub.

Məlumata görə, bina sakini olan 2 nəfər dağıntıların altından yaralı olaraq xilas olunub.

Bir nəfərin xilas edilməsi üçün hal-hazırda axtarış və xilasetmə işləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm