Moskvada bir azərbaycanlı öldürüldü
Bizi izləyin

Qırmızı.az

Moskvada bir azərbaycanlı öldürüldü

Biznes maraqlarına görə Moskvada Azərbaycan vətəndası Şahverdiyev öldürülüb.

ANS PRESS-in məlumatına görə, mübahisə zamanı daha bir azərbaycanlı Ramin Paşa oğlu Mirzoyev isə ağır yaralanıb

Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına daxil olan xəbərə görə, qətl hadisəsi Belovejski küçəsində baş verib.

27 yaşlı azərbaycanlı Şahverdiyev öldürülüb. O, çoxsaylı bıçaq yarasından sonra dünyasını dəyişib.

Güllə yarası alan Ramin Mirzoyev isə Moskva klinikalarından birinə yerləşdirilib.

Məlum olub ki, Şahverdiyevi qətlə yetirən Mirzoyevdir. Onların arasında mübahisə baş verib. Alınan məlumata görə, Şahverdiyev Mirzoyevə güllə atıb, onu çiynindən və boynundan yaralayıb. Cavabında isə yaralı Mirzoyev ona bir neçə ölümcül bıçaq zərbəsi vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm