Ana və iki azyaşlı uşağını maşın vurdu, uşaqlar öldü
Bizi izləyin

Qırmızı.az

Ana və iki azyaşlı uşağını maşın vurdu, uşaqlar öldü

Şəmkir rayonunda azyaşlı uşaqların ölümü ilə nəticələnən yol qəzası olub. Şəmkir Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakinləri Dinarə Bayramovanı və 3 yaşlı oğlu Fəqan, 5 yaşlı qızı Gültac Bayramovları vurub. Uşaqlar hadisə yerində keçinib. Dinarə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən sürücü Səbuhi İsgəndərov saxlanılıb.

Xəstəxanadan Publika.az-a bildirilib ki, Dinarə Bayramova reanimasiya şöbəsindədir. Onun övladlarının ölümü ilə bağlı məlumatı yoxdu.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm