Kürdə ana və 4 uşaq batdı
Bizi izləyin

Qırmızı.az

Kürdə ana və 4 uşaq batdı

Şəmkir rayonunda Kürdə batan 5 nəfərin kimliyi məlum olub. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, onlar 2 ailənin üzvləri - rayonun Keçili kənd sakini, 31 yaşlı Xəyalə Mayılzadə, onun qızı 13 yaşlı Nurlana Rəfiyeva və oğlu 9 yaşlı Nurlan Rəfiyev, həmçinin Xəyalə Mayılzadənin yaxın qohumları, digər kənd sakinləri 4 yaşlı Əkbər və 7 yaşlı Fəridə Dostiyevlərdir.

Məlumata görə, onlar cay kənarına çimmək məqsədilə gedərkən bədbəxt hadisə ilə üz-üzə qalıblar. Hər iki ailənin üzvləri Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq ailələrinə təhvil verilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm