• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Deputat Nəqliyyat Nazirliyini tənqid etdi

Deputat Nəqliyyat Nazirliyini tənqid etdi

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Nəqliyyat Nazirliyinin işini tənqid edib və onları “Dədə Qorqud” dastanındakı “Dəli Domrul” obrazına bənzədib.

Publika.az deputatın “Facebook” səhifəsindəki yazını olduğu kimi sizlərə təqdim edir:

“Dədə Qorqud dastanlarında bir Dəli Domrul obrazı var. Elin çayının üzərində körpü düzəldir və körpüdən keçəndən 9 axça, keçməyəndən 5 axça alır. Çayın dayaz yerindən keçə bilməzsən, mütləq körpüdən istifadə etməlisən. Dəli Domrul başqa alternativ qoymur ki, insanlar seçim etsinlər.

İndi hansısa Dəli Məmur, Dəli Sahibkar, Dəli İşbaz Azərbaycan vətəndaşları üçün eyni şeyi neçə yüzillər sonra tətbiq edib. Lökbatan yolu təmirə bağlanıb. Gözəl, yollarımızın abadlaşmasını hamımız istəyirik. Ancaq vətəndaşların maşınla cənub bölgəsinə hərəkəti üçün alternativ yol düşünülməliydi, bax bu edilməyib. Əvəzində isə, vətəndaşın soyulması üçün alternativ bir fırıldaq vasitəsi tapıblar.

Demək, hər kəs "Sədərək" bazarından keçən yoldan 50 qəpik ödəyərək keçməlidir. Şəhərə gələn də eyni qaydada Sumqayıt-Biləcəri istiqamətinə bu vəsaiti ödəməlidir. Bazara girib-girməyin fərqi yoxdur, bütün cənuba, başqa yerlərə bu istiqamətdə evinə gedən, səyahətə gedən hər kəs maşınbaşına bu pulu ödəyib keçməlidir. Burada milyonlarla manat vəsaitdən söhbət gedir. İnanmıram ki, bir bazarın rəhbəri bu pulu təkbaşına yesin.

Demək ki, yolu təmirə bağlayanlarla razılaşdırılmış bir addımdır. Həm də bilərəkdən növbə yaradıblar ki, vətəndaşın iztirabından ləzzət də alsınlar. Mən ona görə müharibə haqqında ehtiyatla danışıram ki, pul qazanmaq naminə haradan vətəndaşa zərbə vurulacağını təsəvvür edə bilirəm. Bu məsləni mütləq ictimailəşdirməliyik ki, vətəndaşların vəziyyətini yüngülləşdirə bilək”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR