Bakıda dəhşət: ana ilə qızı intihar etdi
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşət: ana ilə qızı intihar etdi

Bakıda ana və qızı 9-cu mərtəbədən özlərini ataraq intihar ediblər.

Yasamal Rayon Polis İdarəsindən Publika.az-ın aldığı məlumata görə, Yeni Yasamal 2 ünvanında 46 yaşlı Kifayət Abbasova və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva özlərini hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər.

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, ailənin 14 yaşlı qızları bir neçə gün əvvəl itkin düşüb.

Onların intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm