DİN Maştağadakı ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN Maştağadakı ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Süleyman Həbibov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Zahid Kəlbiyevi vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarındakı ağaca dəyərək aşıb.

Sürücü və sərnişinləri Musa Məmmədov, Mircəfər Əsgərov, habelə Z.Kəlbiyev ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm