Qırmızı.az
Azərbaycana narkotik gətirən Türkiyə vətəndaşına cinayət işi açıldı
Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə şübhəli şəxs qismində saxlanılan Türkiyə vətəndaşına qarşı Azərbaycanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.
Dövlət Gömrük Komitəsi və Respublika Baş Prokurorluğunun Publika.az-a daxil olan birgə məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınıb.
Belə ki, 28 iyul-8 avqust 2014-cü il tarixlərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyəta keçirdikləri tədbirlər çərçivəsində Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstan Respublikasına gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altından qablaşdırılmış şəkildə ümumi çəkisi 69 kiloqram 610 qram təşkil edən, 116 ədəd polietilen bükümdə heroin aşkar edilərək götürülüb.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu