Fevralın ilk günü Azərbaycandakı hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Fevralın ilk günü Azərbaycandakı hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta, Bakıda gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta təşkil edəcək.

Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaarabir qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 4-7° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 7-12° şaxta, gündüz 3-7° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm