Azay Quliyev “Qardian”a son həbslərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Azay Quliyev “Qardian”a son həbslərdən danışdı

Millət vəkili Azay Quliyev İngiltərənin nüfuzlu “Qardian” (“The Guardian”) qəzetinə müsahibə verib.

Axar.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müsahibəsində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərindən, həmçinin şəffaflığın təmin edilməsi məqsədi ilə QHT qanunvericiliynə edilən son əlavə və dəyişikliklərin mahiyyətindən bəhs edib.

Deputat həbs olunan hüquq müdafiəçiləri haqda danışaraq bildirib ki, İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunusun bank hesabları onların rəhbərlik etdiyi təşkilatların fəaliyyətindəki pozuntularla əlaqədar qabaqlayıcı tədbir olaraq bağlanıb. Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunların bu il sərtləşdirildiyini iddia edən qəzetə açıqlamasında Şura sədri Azay Quliyev QHT-lərlə bağlı qanunlara edilən düzəlişlərin vətəndaş cəmiyyəti sektorunda şəffaflığın təmin olunması və peşəkar fəaliyyətin inkişafına yönəldiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm