Qırmızı.az
Bakıda 10 dərəcə şaxta olacaq: Yeni soyuq hava dalğası gəlir - XƏBƏRDARLIQ
Azərbaycanda şaxtalı hava şəraiti davam
edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən bildiriblər ki, Bakı və Abşeron yarımadasında
fevralın 2-də gecə və səhər saatlarında az miqdarda qar yağacaq,
gün ərzində dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Havanın
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır,
mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında fevralın 2-də gecə 7-10, gündüz 0-3
dərəcə şaxta olacaq. Yollar gecə və səhər buz bağlayacaq.
Azərbaycan rayonlarında da fevralın 2-də gecə və səhər bəzi
yerlərdə qar yağacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə
duman olacaq, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11 dərəcə şaxta,
gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz
bağlayacaq. Dağlarda havanın temperaturu gecə 13-18, gündüz 2-7
dərəcə şaxta olacaq.
Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyün
birinci yarısına kimi davam edəcək. /Trend/
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR