Azərbaycan və Gürcüstan müdafiə nazirləri Naxçıvandadır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Gürcüstan müdafiə nazirləri Naxçıvandadır

Avqustun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəliblər. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.


Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm