Bakıda park yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda park yandı

Bakının Sabunçu rayonu ərazisindəki parkda yanğın olub. Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən faktı təsdiqləyən polis əməkdaşları Publika.az-a bildirdilər ki, hadisə Sabunçu rayon İcra Hakimiyyəti və doğum evinin qarşısındakı parkda qeydə alınıb. Xeyli ağac yanıb, alov 60 kvadrat metr sahəni əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Artıq yanğın söndürülüb.

Yanğının səbəbləri araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm