
Bakı-Şamaxı yolunda ağır yol qəzası olub. Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Müşfiq postu yaxınlığında Elçin Rəşidovun idarə etdiyi “Shacman” markalı yük maşını ilə Bilal Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub. Güclü zərbə nəticəsində yük maşını aşaraq deformasiyaya uğrayıb, hər iki sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmaya başlayıblar. İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb sürücülərin bir-birinin yoluna çıxması olub.
Simnarə