Ölkəmizdə biznesin inkişafına Unibankın yeni töhfəsi (R)
Bizi izləyin

Qırmızı.az

Ölkəmizdə biznesin inkişafına Unibankın yeni töhfəsi (R)

ING Group Fireland Capital-ın vasitəçiliyi ilə Unibanka 15 milyon ABŞ dolları həcmində kredit ayırıb. Vəsait Azərbaycanda biznesin inkişafı layihərinin maliyyələşdirilməsinə yönləndirəcək.

Öz maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibankın fəaliyyəti, beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Unibankın uzunmüddətli reytinqini B “stabil” səviyyəsindən B “pozitiv”ə yüksəldib. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı, Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

“Moody’s Investors Service” Beynəlxalq agentliyi də Unibankın reytinq qiymətləndirməsi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, Unibank son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.

Unibank- hər kəsin bankı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm