Yanğınların meşə torpaqlarına keçməsinin qarşısı alınıb
Bizi izləyin

Qırmızı.az

Yanğınların meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Avqustun 19-da Tovuz və Şamaxı rayonlarının kənd bələdiyyələrinə məxsus bir neçə ərazisində baş verən yanğın hadisəsinin meşə torpaqlarına keçməsinin qarşısı alınıb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.


Yanğın nəticəsində bələdiyyə torpaqlarına məxsus quru ot örtüyü və kol kos yanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm