“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

“Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib

Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı" mövzusunda tədbir keçirilib.


Tədbirdə Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Prezident Administrasyasının, Nazirlər Kabineti aparatının nümayəndələri, millət vəkilləri, ərazisi işğal olunmuş rayon icra başçıları, muğam ifaçıları və digər qonaqlar iştira edib.


Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərə həsr edilmiş foto stendlərə baxış keçirilib.


Tədbiri giriş sözü ilə açan Əli Həsənov, Heydər Əliyev Fondunun yaranma tarixi və Fondun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti barədə danışıb. Ə.Həsənov qeyd edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu genişmiqyaslı beynəlxalq tədbirlər və forumlar həyata keçirib.


Ə.Həsənov vurğulayıb ki, bir çox dövlətlər, mötəbər beynəlxalq qurumlar bu fəaliyyətinə görə Mehriban xanımı ən yüksək ordenlər, medallar və mükafatlar ilə təltif ediblər.


Ə.Həsənovun sözlərinə görə, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini, mətbəxi və adət-ənənələrini dünyaya çatdırılmasında mühüm rol oynayıb.


Mehriban Əliyevanın muğama göstərdiyi diqqət və qayğısından danışan Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva Bakıda Muğam Mərkəzinin açılmasına nail olub, Mehriban xanımın təşəbbüsü ilə keçirilən muğam festivalları Azərbaycanda muğamın inkişafına böyük töhfə verib.


Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev Fondu daim qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşıb, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.


Ə.Həsənov bildirib ki, Heydər Əliyev Fondu hər il yeni il şənliklərində, yeni tədris ilində qaçqın və məcburi köçkün uçaqlarını unutmur, ağır xəstəliklərə düçar olmuş məcburi köçkün uşaqların xaricdə müalicə almasının təşkil edir.


"Xocalıya ədalət" kampaniyasından danışan Ə.Həsənov bildirib ki, bu kampaniya çərçivəsində Xocalı faciəsinin dünyaya çatdırılması istqamətində son 5-6 ildə son 20 ildən çox işlər görülüb və bunun nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında kifayət qədər məlumata malikdirlər.

Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.


Daha sonra çıxış edən B.Səfərov deyib ki, bu gün Heydər Əliyev Fondunun fəaliyyəti ilə fəxr etmək olar. O qeyd edib ki, Heydər Əliyev Fondu çox böyük işlər görür və bu işər böyük zəhmət hesabına başa gəlir.


Digər çıxışçılar da Heydər Əliyev Fondunun fəaliyyətini və qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını yüksək qiymətləndirib və buna görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm