Bakıda xəstəxanadan oğurluq edildi
Bizi izləyin

Qırmızı.az

Bakıda xəstəxanadan oğurluq edildi

Masazır qəsəbəsində yerləşən poliklinikada oğurluq hadisəsi baş verib. Abşeron Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə poliklinikanın zirzəmisində qeydə alınıb. Oradan Abşeron Rayon Bələdiyyəsinə məxsus 300 manat dəyərində 30 ədəd lampa gücləndiriciləri oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Məhəbbət Bayramov və Masazır qəsəbə sakini Rafiq Əhmədov tutulub. Məlum olub ki, onlar polikilinikada elektrik işləri ilə məşğul olurlar.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm