Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlandı
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlandı

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün yenidən qəbul aparılacaq.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Vakant yer tuta bilməyən namizədlər üçün avqustun 25-dən 29-dək əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başlanır.

Namizədlər “şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu avqustun 29-da, saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi - 6, “İçərişəhər” metrosunun yaxınlığı) müsahibə keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm