Nadir Qafarzadə həbsdən qurtuldu
Bizi izləyin

Qırmızı.az

Nadir Qafarzadə həbsdən qurtuldu

Müğənni Nadir Qafarzadə barəsində xuliqanlıq maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, faktla bağlı araşdırmalar aparılıb, məsələdə cinayət tərkibi (xəsarət və ya döyülmə izləri) olmadığından işə xitam verilib.

Qeyd edək ki, avqustun 18-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə qardaşının yanına gedən müğənni N.Qafarzadə orada xidmət göstərən polis əməkdaşı ilə mübahisə edib. Mübahisə zəminində müğənni polisi təhqir edərək ona əl-qol atıb. Bu səbəbdən müğənni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm