Qırmızı.az
GEAD seminar keçirdi
01 fevral 2014-cü il tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Strateji planlaşdırma və beynəlxalq əlaqələr” sektorunun müdiri Orxan Ərəbov olmuşdur.
“GEAD” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat vermişdir. Daha sonra M. Babaşlı “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən seminarın əhəmiyyəti barədə gələn qonaqlara məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Gənclər Fondu prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, Fərmanı ilə yaradılıb və Cənab Prezident tərəfindən təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təhsilimiz və gənclər üçün əhəmiyyətli işlərin görülməsi istənilmişdir. İnanırıq ki, Azərbaycan Gənclər Fondu fərmandan irəli gələn tələbləri böyük bir məsuliyyətlə həyata keçirir və bundan sonra da faydalı işlər görməyə davam edəcəkdir.
Sektor müdiri Orxan Ərəbov seminara dəvət olunduğu üçün İctimai Birliyin rəhbərliyinə təşəkkürünü bildirdi və seminar iştirakçılarını salamladı. O. Ərəbov “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirərək Gənclər Fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. O. Ərəbov Gənclər Fondunun qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etdiyini bildirərək, fondun yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirdiyini, beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış etdiyini və gənclərin, xüsusilə, elmi tədqiqatlarına dəstək verdiklərini bildirdi. Daha sonra Fondun İstanbulda keçirilmiş “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu”, Vyanada keçirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” və “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumlardan və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə də Gənclər Fondu dəstək verdiyini qeyd etdi.
O. Ərəbov nitqinin sonunda: “Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir və gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün başlıca amildir. Buna görə də, gənclərimizi fəal olmağa, ölkəmizin işıqlı gələcəyi üçün dayanmadan çalışmağa çağırıram”.
Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Orxan Ərəbov onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün Orxan Ərəbova təşəkkür etmişdir.
“GEAD” mətbuat xidməti
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO