Bakıda ailə dramı: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Bakıda ailə dramı: ölən və yaralanan var

Ötən gün gecə saatlarında Bakının Xəzər rayonunda qətl olub.

Sabunçu Rayon 3 saylı Şəhər Xəstəxanasından Publika.az-a verilən məlumata görə, Şağan qəsəbəsi, Əzizbəyov küçəsində qeydiyyatda olan 49 yaşlı Ülkər Abdullayeva, 52 yaşlı Tərlan Abdullayev, onların övladı 27 yaşlı Rəhman Abdullayev və 26 yaşlı Cahid Qədəşov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, 49 yaşlı Ülkər Abdullayeva dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisəni törədən Bakı şəhər sakini, 23 yaşlı Nahid Qədəşov tutulub. Cinayətlə bağlı hələ ki heç bir məlumat verilmir.

Təfərrüatlar araşdırılır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm