Qırmızı.az
Əli Həsənov: "Təəssüflər olsun ki..."
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İraq dövlətinin
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı
qəbul edib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, İraqda cərəyan
edən proseslərdən, bunun nəticəsində yaranmış qaçqın və məcburi
köçkünlərdən söhbət açılan görüşdə Baş nazirin müavini Əli Həsənov
Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən
proseslərdən narahatlığını ifadə edərək bildirib ki, hər il dünyda
bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız
insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə
artır. Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur,
milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi
köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir.
Bunların bariz nümunəsi kimi, İraqda baş verənləri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların
nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkən
Ə.Həsənov qeyd edib ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar,
münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər
olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə,
kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da
onlara bəslənilən inam və etimadı günü-gündən azaldır.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının
Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20
ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu
həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə
bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və
məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi
kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında
siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna
etməyib.
Cəryan edən haisələr nəticəsində İraqın da qaçqın problemi ilə
üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək
məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilib ki, BMT-nin
Qaçqınlar üzrə Ali Komissarılığı tərəfindən 20 iyun 2014-cü il
tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların
ümumi sayı 1 milyon 400 min nəfərə çatmışdır və bu göstəriciyə görə
İraq dünyada ikinci yerdə qərarlaşıb.
Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə
üzləşdiyinidən təəssüfləndiyini bildirib.
Bu cür əldalətsizliklərin sonu olacağına əminlik ifadə olunan
görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat
İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün
Cənubi Qafqazın qapısı kimi dəyərləndirib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR