Dövlət Komitəsi: “Qaradağ və Nizami rayonlarında saxta məktəbli forması aşkarlanıb”
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi: “Qaradağ və Nizami rayonlarında saxta məktəbli forması aşkarlanıb”

“Bazarda saxta məktəbli forması təqdim edən işbazlara qarşı tədbirlərimiz il boyu davam etdirilir. Bu il ərzində apardığımız monitorinqlər nəticəsində Qaradağ və Nizami rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində bu faktlar aşkarlanıb”.

Bunu Publika.Az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu cür monitorinqlər yeni tədris ili başlananadək davam edəcək: “Adıçəkilən rayonlarda fəaliyyət göstərən iri ticarət obyektləri, topdansatış mərkəzlərində bu sahədə sertifikatla fəaliyyət göstərən müəssisənin loqolarını mənimsəyərək, saxta əmtəə nişanından istifadə edərək keyfiyyətsiz məhsulların istehsal edilməsi aşkarlanıb. Araşdırmaların yekunu barədə tədris ili başlanandan sonra daha dəqiq məlumat veriləcək. Nizami və Qaradağ rayonu ərazilərindəki ticarət müəssisələrində bu faktların qarşısı alınıb. Amma müraciət olarsa, araşdırmamızı davam etdirəcəyik. Həmçinin Sumqayıt şəhərində Bakı Tekstil Fabrikinin loqosunun mənimsənilməsinin qarşısı alınıb”.

F.Talıblı bu cür faktlar aşkarlanan sahibkarlara qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görüldüyünü bildirib. Onun sözlərinə görə, fiziki şəxslər 1500-2000, hüquqi şəxslər isə 4-5 min manat cərimələnir. Lakin bu faktlar ilk dəfə aşkarlandıqda əvvəl nöqsanların aradan qaldırılması üçün tapşırıqlar veririk. Satış dayandırılmadıqda cərimə və hüquq müstəvisində daha ağır cəzalar tətbiq edilir. Bu il hələ ki, cərimə tətbiq edilməyib, lakin həmin məhsulların satışı aradan qaldırılıb.

F.Talıblı valideynlərə də müraciət edərək bildirib ki, keyfiyyət və təhlükəsizliyi müvafiq orqan tərəfindən təsdiq olunan firmaların məhsullarını alsınlar: “Valideynlər 5 manat ucuz, keyfiyyətsiz məktəbli forması alaraq büdcələrinə daha böyük ziyan vura bilərlər”.

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, Azərbaycan Respublikasında hər hansı məhsul istehsal etməzdən əvvəl qanunvericiliyə uyğun olaraq məhsulların təhlükəsizlik, keyfiyyət, standartın tələblərinə uyğunluğu yoxlanılır. Müvafiq orqan tərəfindən sertifikatlaşdırıldıqdan sonra satışa çıxarıla bilir: “Bir neçə illərdir məktəblərdə vahid məktəbli forması tətbiq edilir və buna tələbat yüksək səviyyədədir, bu məhsullara nəzarət xüsusi vurğulanmalıdır. Məktəbli forması dövlətlərarası standart əsasında hazırlanır, hər bir istehsal müəssisəsi məhsulları komitə tərəfindən qeyd edilmiş texniki şərt əsasında istehsal edilə bilər. Azərbaycanda bu işlər iki müəssisə, Bakı Tekstil Fabriki və Bakı Tikiş Evi məşğul olur. Hər iki müəssisənin müvafiq qaydada təsdiq edilmiş texniki şərtləri var, eskiz, keyfiyyət və digər tələblər standartlara uyğunlaşdırılıb, laboratoriya analizlərindən sonra sertifikatlaşdırılıb. Bu işlə məşğul olan üçüncü şirkət qeyri-qanuni fəaliyyət göstərir və ona dövlət urumu tərəfindən icazə verilməyib. Bakı Tekstil Fabriki Sumqayıt, Abşeron və digər bölgələri, Bakı Tikiş Evi paytaxt məktəblilərini vahid forma ilə təmin edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm