Səhiyyə naziri Xaçmazda şikayətçiləri qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Səhiyyə naziri Xaçmazda şikayətçiləri qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 29-da saat 11:00-da Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, Oqtay Şirəliyev Quba, Qusar, Şabran, Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda, həmçinin sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm