Bakıda qəbiristanlıqda güllələnmə - TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qəbiristanlıqda güllələnmə - TƏFƏRRÜATLAR

Abşeron rayonu, Saray qəsəbəsində qəbiristanlıqda baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar ortaya çıxıb.

Abşeron Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, qəsəbə sakini Emil Bayramovun qol nahiyəsinə ov tüfəngindən atəş açaraq ona xəsarət yetirən Əli Əliyev polis tərəfindən saxlanılarkən bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Həsən adlı şəxsin idarə etdiyi taksiyə minib. Yolboyu mobil telefonla danışmaq üstündə mübahisə yaranıb. Əli Əliyev mağazada Həsənlə qarşılaşıb. Elə hər şey də bundan sonra başlayıb: “Mənə heç nə demədən yumruq və sillə vurdu, döydü. Yerə yıxıb sürüdü. Qəsəbə sakinlərinin köməyi ilə evə getdim. Hadisədən sonra yenidən onunla qarşılaşdım və “duelə” çağırdım. İki güllə götürüb görüş təyin etdiyim yerə - qəbiristanlığa getdim. Maşın gələndə güllə ilə vurdum”.

Qeyd edək ki, Həsən görüş yerinə iş yoldaşı Emil Babayevlə birgə gedib. Emil Bayramovun idarə etdiyi “Opel” markalı avtomobil qəbiristanlığa çatanda ona atəş açılıb. Avtomobilin şüşələri sınıb, güllə isə Emilin qoluna dəyib.

Cinayətdə istifadə olunan “TOZ-16” markalı ov tüfəngi istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm