Zakir Həsənov rumıniyalı nazirlə görüşdü - Foto
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov rumıniyalı nazirlə görüşdü - Foto

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.

Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm