Qırmızı.az
Qəbul imtahanlarının vaxtı dəyişdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib. Əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək.
Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.
Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər.
Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar qəbul imtahanlarını iyul ayında verəcəklər.
Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.
Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılmasıdır.
Yəni bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaqdır.
Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.
Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcəkdir.
Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaqdır. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.
Publika.Az
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi