• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsti havalar fermerlər üçün ciddi problemlər yaratdı

İsti havalar fermerlər üçün ciddi problemlər yaratdı

“Bu il bölgələrdə müşahidə olunan su çatışmazlığı ilə bağlı nazirin yerlərdə görüşü zamanı fermerlər tərəfindən çoxsaylı müraciətlər olur. Su çatışmazlığı kənd təsərrüfatına mənfi təsir göstərib”.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

M.Hacıyev bildirib ki, fermerlər vəziyyətdən çıxış yolu kimi sub-artezian quyularının qazılmasını təklif ediblər. Bunun üçün də "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə müraciət göndərilib. Onun sözlərinə görə, suvarma suyunun çatışmaması, yağışların az yağmasına görə təsərrüfatların su ilə təminatında problem yaşayırlar.

“Quraqlıq, xüsusən çayçılıq, tərəvəzçilik, pambıqçılığa təsir etdi. Havaların quraq keçməsi taxıl istehsalı prosesinə mənfi təsir göstərdi. Son dövrün təhlilləri göstərir ki, bu il taxıl məhsullarının istehsalı baxımdan son dövrlərin ən əlverişsiz ili olub. Mövsüm dövründə havaların quraq keçməsi ilə əlaqədar xüsusən dəmyə ərazilərdə əkinlər bitməyib, məhsuldarlıq aşağı olub. Qobustanın bəzi sahələrində ümumiyyətlə kombaynlar sahələrə girməyib. Çünki biçinə yararlı taxıl olmayıb. Örüş sahələrində quraqlıq olması heyvandarlığa mənfi təsir edib”

M.Hacıyev quraqlığın kənd təsərrüfatı məhsullarının, ətin qiymətində artıma və ya qıtlığa səbəb ola biləcəyinə də münasibət bildirdi. O, bazarlarda monitorinqlər apardıqlarını və qiymət artımının mövsümü xarakter daşıdığını deyib:

“Kənd təsərrüfatı məhsullarında qıtlıq müşahidə edilmir. Bu il fermerlər daxili bazarı təmin edir, artıq Rusiya bazarlarına da çıxırlar. Taxılçılıqda təlabat müəyyən qisim daxili istehsal hesabına ödənilsə də, xaricdən də taxıl idxal edirik. Keçirdiyimiz monitorinqlərin nəticələrini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, bəzi məhsulların qiymətində artım yox, azalma müşahidə edirik. Bəzi tərəvəzlərin kütləvi bazara çıxış fazası bitdiyindən müəyyən qədər artımın olması normaldır və mövsümi xarakter daşıyır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR