Qırmızı.az
Cənub küləyi əsəcək
Bakıda külək mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a
bildiriblər ki, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi
yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal
küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.
Ümumiyyətlə, yaxın iki gün ərzində Bakıda mülayim cənub küləyi
əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26,
gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında sentyabrın 3-də hava əsasən
yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi
əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37,
dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO