Qəbələdə 8 tona yaxın narkotik tərkibli bitki məhv edildi
Bizi izləyin

Qırmızı.az

Qəbələdə 8 tona yaxın narkotik tərkibli bitki məhv edildi

Qəbələ rayonu ərazisində 8 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Publika.az-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 11 500 ədəd, cəmi çəkisi 7 ton 900 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub.

Çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm