Özəl və dövlət təşkilatlarının rəqabət qabiliyyəti artırılacaq
Bizi izləyin

Qırmızı.az

Özəl və dövlət təşkilatlarının rəqabət qabiliyyəti artırılacaq

Ölkədə fəaliyyət göstərən yerli və xarici, dövlət və özəl təşkilat və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyi artırılacaq.

Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi və s. istiqamətlər üzrə birgə layihələrin, təlimlərin, məsləhət xidmətlərinin və digər xidmətlərin birgə həyata keçirilməsi üçün əməkdaşlığın möhkəmləndirilməsi daxildir.

Həmçinin əməkdaşlıq yolu ilə qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyət göstərən yerli və xarici, dövlət və özəl təşkilat və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması üçün birgə əməkdaşlıq planının işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir.

Adı çəkilən məqsədlər üçün hər iki təşkilat tərəfindən yaradılması planlaşdırılan işçi qrupun məqsədi araşdırma və tədqiqatlar yolu ilə mövcud və yeni standartların işlənib hazırlanması (tərcüməsi), təkmilləşdirilməsi, beynəlxalq və regional standartlarla harmonizasiyası və yerli tələbata uyğunlaşdırılması, onların tətbiqinə dəstək olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm