Qırmızı.az
Əmək qanunvericiliyinin 2000-ə yaxın pozuntusu qeydə alınıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin avqust ayı ərzində idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1957 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub.
ƏƏSMN-dən Publika.az-a verilən məlumata görə, aşkar olunmuş hüquq pozuntularının böyük əksəriyyəti özəl sektora aid müəssisələrdə qeydə alınıb. Həmçinin təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verdiyi məlum olub.
Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələr tətbiq edilib. Son bir ayda cərimələr üzrə dövlət büdcəsinə ödənilən məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 18,3 dəfə çox olub.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlərdə əsas məqsəd vətəndaşların əmək hüquqlarının təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO