Mağaza qarət olundu
Bizi izləyin

Qırmızı.az

Mağaza qarət olundu

Bərdə rayonunda mağazadan ərzaq məhsulları oğurlanıb.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, ərzaq məhsullarının miqdarı hesablanarkən məlum olib ki, oğurluq edən şəxslər zərərçəkənə 10 000 manat dəyərində ziyan vurub. Hadisə barədə polisə məlumat verən mağazanın sahibi Zabil Dadaşov bildirib ki, marketə gələndə qapının kilidinin sındırıldığını görüb. Onlar mağazadan pul, mobil danışıq konturları, siqaret və ərzaq məhsulları aparmaqla yanaşı, nisyə dəftərini də götürüblər.

Polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Hadisəni törədən şəxslərin kimliyi araşdırılır.

Faktla bağla rayon polis şöbəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm