Yol polisi gücləndirilmiş iş rejiminə keçəcək
Bizi izləyin

Qırmızı.az

Yol polisi gücləndirilmiş iş rejiminə keçəcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.

Bu barədə Publika.az-a Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi, xüsusilə təhsil müəssisələri ətrafında süni sıxlığın yaşanmaması üçün bütün tədbirlər görüləcək. Yol polisi küçə və yollarda nəzarəti gücləndirməyə xidmət edəcək:

“Dərs ilinin başlanmasıyla əlaqədar məktəbyaşlı uşaqların həyat və sağlamlığının yol qəza hadisələrindən qorunması məqsədilə hər hansı bir təhlükəsizlik aylığı və ya təhlükəsizlik həftəsi də keçirilə bilər. Bu da rəhbərlik tərəfindən verilən əmrin tələbinə uyğun olaraq nəzərdə tutulur”, - Vaqif Əsədov belə deyib.

Bölmə rəisi həmçinin bildirib ki, avtobus sürücüləri arasında nizam-intizamın gücləndirilməsi məqsədilə sərxoş sürücülərə, avtoxuliqanlara, sürət həddini aşanlara qarşı, o cümlədən, yol-hərəkət qaydalarını pozan piyadalara qarşı yaxın zamanlarda reydlərin keçirilməsi nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm