Bakıda qardaşlar sürücünü “soydular”
Bizi izləyin

Qırmızı.az

Bakıda qardaşlar sürücünü “soydular”

Zərərçəkən Sükür İsgəndərov polisə ərizə ilə müraciət edərək iki nəfər şəxs tərəfindən soyulduğunu bildirib.

Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Eyvaz Bağırov və onun qardaşı Qasım Bağırov saxlanıblar. Məlum olub ki, qardaşlar maşında sürücünü aldadaraq onun 80 manat pulunu alıblar, bundan başqa mənzilbaşına çatsalar da, gedişhaqqını vermədən aradan çıxıblar.

Aparılan istintaqdan sonra təfərrüatlar ortaya çıxıb. Məlumata görə, Eyvaz Bağırov və Qasım Bağırov “Sədərək” ticarət mərkəzinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Sükür İsgəndərovun idarə etdiyi maşına əyləşib onları Ələt qəsəbəsinə aparmağı xahiş ediblər. Yola düşən zaman maşını Lökbatan dairəsi ərazisində saxlatdırıb sürücüdən 80 manat pul istəyiblər. Həmin pula “Sədərək”dən avtomobil üçün ehtiyat hissələri alıblar. Sürücüyə isə bildiriblər ki, pulu Ələtə - mənzilbaşına çatanda verəcəklər.

Beləliklə, sürücünün etibarını qazanan qardaşlar Ələtə çatanda evdən 80 manat borcu və gediş haqqını gətirmək üçün maşından düşüb bir daha geri qayıtmayıblar. Sürücü yol kənarında müştəriləri gözləyə-gözləyə qalsa da, onlardan səs-səmir çıxmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm