Ən riskli əməliyyatlar hansılardır?
Bizi izləyin

Qırmızı.az

Ən riskli əməliyyatlar hansılardır?

Cərrahi əməliyyatın bütün halları insan həyatı üçün təhlükə yarada bilər. Buraya biopsiya və endoskopik prosedura kimi (məsələn, kolonoskopiya və bronxoskopiya) müayinə üsulları da daxildir. Əməliyyata hazırlaşan insanlarda narahatlığın yaranması əbəs deyil. Lakin bəzi əməliyyatlar orqanların həssas olması və əməliyyat prosedurasının ağırlığına görə daha təhlükəlidir.

Əməliyyatın ağır keçməsi anesteziyadan da başlaya bilər. Xəstənin orqanizmi istifadə edilmiş dərmanla reaksiyaya girə bilər. Medical Daily xəbər portalının verdiyi məlumata görə, bəzən anesteziya təhlükəli hipertoniyaya və bədən hərarətinin yüksəlməsinə gətirib çıxarda bilər.

Anesteziyadan əlavə, əməliyyat zamanı qanaxma da müşahidə edilə bilər. Əlbəttə, buna az rast gəlinir və bu, əməliyyatdan imtina etmək üçün səbəb ola bilməz.

Publika.az ən riskli 5 əməliyyatı təqdim edir.

Ürəyin açıq əməliyyatı

Bu əməliyyat zamanı xəstənin əzələ, klapan və arteriyalarını əməliyyat etmək üçün döş boşluğu açılır. Aorta-koronar şuntlama əməliyyatı ürəyin geniş yayılmış əməliyyat növü hesab edilir. Cərrahi müdaxilə zamanı ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını təmin etmək məqsədi ilə şuntun qoyulması əməliyyatıdır. Bu zamanı həkimlər xəstənin döş boşluğunu 25 santimetrədək kəsirlər. Əməliyyat piylənmə və şəkərli diabetdən əziyyət çəkənlər üçün təhlükəli ola bilər. Əməliyyatdan sonra isə ürəktutması, insult, aritmiyanın yaranma ehtimalı artır. Nəticədə, xəstədə böyrəkdə, ağciyərdə, sinədə ağrı, yüksək hərarət, yaddaş pozğunluğu, təngnəfəslik kimi hallar yarana bilər.

Qaraciyər köçürülməsi

İnsan həyati əhəmiyyətli orqan olan qaraciyərsiz bir gün də yaşaya bilməz. O, orqanizmi təmizləyir və qidanı enerjiyə çevirir. Qaraciyər köçürülmə əməliyyatı geniş yayılsa da, bu əməliyyat da müəyyən təhlükə yarada bilər: orqan bədənə uyğunlaşmadığı halda, immun sistemini “atəşkəs rejimində” saxlamaq üçün xəstə bütün ömürboyu xüsusi dərman həbləri qəbul etməlidir.

Bağırsaq köçürülməsi

Bağırsaq qida maddələrini “sovurmağı” dayandırırarsa, deməli, bağırsaqlarda çatışmazlıq var. Dünyada bağırsaqların transplantasiyasını yerinə yetirən klinikalar azdır. Bu əməliyyat çətin və riskli olduğundan həkimdən peşəkarlıq tələb edir.

Xərçəng şişinin kəsilməsi əməliyyatı

Bədxassəli şişin kəsilməsi əməliyyatı insanın istənilən orqanında aparıla bilər. Əməliyyat zamanı orqanın bir hissəsi kəsilib götürülür. Bu zaman xəstənin infeksiyaya yoluxma ehtimalı çoxalır.

Baş beyin əməliyyatı

Şübhəsiz, baş beyində aparılan istənilən əməliyyat təhlükəli hesab edilir. Həkim beyində yerləşən şişi götürmək üçün kəllə sümüyünün bir hissəsini kəsməli olur. Şişin tam götürülməsi çox zaman mümkün olmadığından, şiş qismən kəsilərək götürülür. Əməliyyatdan sonra xəstədə infeksiya, beyinə qanaxma, qıc olma və pnevmoniya yarama bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm