Təhsil Nazirliyi müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi müsabiqə keçirir

Bu gündən V “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə 3 istiqamət - “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları”, “Milli elektron tədris resurslarının yaradılması” və 7 nominasiya üzrə keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, İnternet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqə Dr. Web, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.


Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.


Qeyd etmək lazımdır ki, müsabiqə artıq beşinci ildir həyata keçirilir və 2010-2013-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm