• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tale Heydərovun təşkilatından 875 min nəfərə şamil olunacaq təşəbbüs

Tale Heydərovun təşkilatından 875 min nəfərə şamil olunacaq təşəbbüs

Britaniyanın 50 deputatı Azərbaycan üçün gərəkən sənədə imza atdı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (AAC) (The European Azerbaijan Society (TEAS)) daha bir istəyinə nail olub.

Böyük Britaniya parlamentinin 50 nəfər üzvü Azərbaycan üçün gərəkli olan bir məsələyə imza atıblar.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında hər partiyanı təmsil edən 50-dən artıq parlament üzvü BMT-nin Dünya Qaçqınlar Gününün BMT-nin Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıblar.

Sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs təfərindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Azərbaycana təşkil etdiyi səfəri zamanı azərbaycanlı məcburi köçkünlərin düşərgələrinə səfərindən sonra baş verib.

Digər sponsorlar Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkman də Azərbaycandakı məcburi köçkün düşərgəsinə səfər ediblər. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.

Dəstəyin böyük hissəsi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü olan “Many Happy Return”s (Xoş Arzularla) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilib. Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya Parlament üzvlərinə göndərilən açıqcaların üzərində olan məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.

Ümumilikdə, Azərbaycanda 1 milyona yaxın məcburi köçkün və qaçqın vardır. Didərginlər Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalından zərər çəkən insanlardır və hazırda onlar Azərbaycanda mövcud olan düçərgələrdə məskunlaşıblar. Bu hərbi işğal BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq 20 ildən çoxdur ki, davam edir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR