Bakıda dəhşətli qəza: 3 avtomobil toqquşdu - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli qəza: 3 avtomobil toqquşdu - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində baş vermiş yol-nəqliyyat hadisəsi Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb.

Avtosfer.az-ın verdiyi xəbərə görə, kadrlardan görünür ki, “Prado”, “VAZ-2104” və “VAZ-21010” markalı avtomobillər qarşı-qarşıya yolu keçirlər. Bu zaman sağdan yüksək sürətlə hərəkət edən iki avtomobildən biri – “Hyundai Sonata” markalı avtomobil hər iki “VAZ”ı vuraraq “Prado”ya çırpılır. Zərbə o qədər güclü olur ki, “04” və “010” dərhal aşır. “Hyundai”də olan sürücü və sərnişin düşüb kənara qaçsalar da, aşan maşınların içərisindəki şəxslərin oradan çıxarılması bir qədər çətin olur.

Xoşbəxtlikdən onları ətrafdakı insanların köməyi ilə tez bir zamanda maşınlardan çıxarmaq mümkün olur. Ən maraqlısı isə budur ki, “04”ün sürücüsü yanı üstə aşmış avtomobilin qabaq şüşəsindən ayaq üstə çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm