Qırmızı.az
Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik
Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək. Bu barədə Publika.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu.
Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun “Tibb Şəhərciyi”ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.
Beləliklə, ATU-da tələbələrin tədris proqramını tam əhatə etməyə imkan verən kafedralar artıq “Tibb Şəhərciyi”ndə birləşib. Bu isə tələbələrin daha çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına şərait yaradır.
Hazırda “Tibb Şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris
Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı,
həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı