2000-dən çox heyvanda xəstəlik aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

2000-dən çox heyvanda xəstəlik aşkarlanıb

Ölkə ərazisində “Nodulyar dermatit” xəstəliyi ilə bağlı vəziyyət stabilləşməyə doğru gedir. İlk vaxtlar gün ərzində 100-120 baş heyvan bu xəstəliyə yoluxurdusa, hazırda bu rəqəm 50-ə enib.

Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, yoluxma halları azalsa da, dezinfeksiya, dezinseksiya və heyvanları yuma tədbirləri davam etdirilir.

“Xəstə heyvanlarda simptomatik müalicə tədbirləri davam etdirilir. Baytarlıq xidməti xəstəlik qeydə alınan bütün rayonlarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bir sıra rayonlar Cəlilabad, Biləsuvar, Ağdaş, Yevlaxda artıq bir neçə gündür xəstəlik qeydə alınmır. Bu da həm müalicə, həm də dezinfeksiya işləri ilə əlaqədardır. Bununla da xəstəliyin aşkarlanma səviyyəsi azalmaqdadır”.

Y.Xanvəli onu da əlavə edib ki, xəstəlik aşkarlanandan bu gün qədər 2080 baş heyvanda bu xəstəlik aşkarlanıb. 1700 baş müalicə edilib, 302 baş heyvanda müalicə tədbirləri davam etdirilir. 20 baş heyvan isə tələf olub.

Xatırladaq ki, “Nodulyar dermatit” xəstəlik ilk dəfə təqribən 2 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Daha sonra 10 rayonda qeydə alınıb. Virusun Türkiyə və İrandan keçdiyi bildirilir.

"Nodulyar dermatit" xəstəliyi qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm