Qırmızı.az
Gömrükçülər qaçaqmal aşkarladı
Azərbaycan gömrükçüləri gömrük nəzarətinə bəyan edilməmiş mallar aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasının vətəndaşı Musayev Abdulla Omaroviçin idarə etdiyi “Volvo FH12” markalı K685MB05/AE313305 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük baxışı keçirilən zaman Azərbaycan Respublikasının vətəndaşı Poladov Kamal Hidayət oğlunun adına göndərilən “Elektrik malları, xalq tələbatı malları, məişət dəftərxana malları” adlı yüklərin arasından gömrük nəzarətinə təqdim olunmamış 14 adda 4767 ədəd müxtəlif kosmetika məhsulları və 2 adda 137 ədəd avtomobil ehtiyat hissələri aşkar edilib.
Digər bir qaçaqmalçılıq faktını isə Balakən Gömrük İdarəsinin əməkdaşları aşkar ediblər. Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postundaTürkiyə Respublikasının vətəndaşı Efe Sami Muhiddin oğlunun idarə etdiyi “Mersedec-Benz” markalı 34ZA4715/34FA1972 dövlət nömrə nişanlı yük avtmobilinə gömrük baxışı keçirilən zaman Azərbaycan Respublikasının vətəndaşı Sahir Sultanovun adına göndərilən “Paltarlar və mebel” adlı yüklərin arasından gömrük nəzarətinə təqdim olunmayan 811 ədəd avtomobil ehtiyat hissələri, 3275 qutu sabun, 175 top mis kabel, istehsalat və xidmət sahələrində istifadə üçün nəzərdə tutulan ümumilikdə 4 adda 42 ədəd dəzgah və müxtəlif növ avadanlıqlar, 10 kisə ayaqqabı yapışdırıcısı aşkar edilib.
Hər iki fakt üzrə təhqiqat aparılır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi