Üç nəfərə ölüm hökmü oxundu (FOTO)
Bizi izləyin

Qırmızı.az

Üç nəfərə ölüm hökmü oxundu (FOTO)

Çinin cənub-qərbində yerləşən Kunminq şəhərində törədilən cinayətə görə 3 məhkuma ölüm hökmü oxunub.

ANS PRESS-in məlumatına görə, bu barədə Çin dövlət televiziyası xəbər yayıb.

Belə ki, Kunminq şəhərində dəmiryol vağzalında bıçaqla 31 nəfəri öldürdüyünə görə üç nəfər kişi ölüm, bir qadın isə ömürlük həbs cəzasına məhkum edilib. Kunminq xalq məhkəməsi qərarı bu gün elan edib.

Barələrində cinayət işi açılmış dörd nəfər qətl və terrorçu qrupa üzvlükdə təqsirli bilinirlər.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm