ADPU-nun tələbələri orta məktəblərdə oxuyacaq
Bizi izləyin

Qırmızı.az

ADPU-nun tələbələri orta məktəblərdə oxuyacaq

Azərbaycan Dövlət Pedoqoji Universitetinin bəzi fakültələri bu ildən orta məktəblərdə fəaliyyət göstərəcək. Tələbələrin Publika.az-a verdiyi məlumata görə, bu yeniliyə səbəb universitetin Ənvər Qasımzadə 58 ünvanında yerləşən II korpusunun qəzalı vəziyyətdə olmasıdır.

Təhsil Nazirliyindən verilmiş qərara əsasən, həmin korpusdakı fakültələr orta məktəblərdə yerləşdiriləcək. Onların nə vaxt yeni binaya köçürüləcəyi, yaxud qəzalı binanın nə vaxt təmir ediləcəyi bəlli deyil.

Təhsil Nazirliyindən məsələ ilə bağlı sorğumuza hələlik cavab verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm