Qırmızı.az
Ədliyyə Nazirliyində İtaliyanın Azərbaycandakı səfiri ilə görüş olub
Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
verilən xəbərə görə, görüşdə Azərbaycanın İtaliya ilə dostluq və
səmərəli əməkdaşlığını qeyd edən nazir ikitərəfli münasibətlərin
inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi
rolunu vurğulamış, 2005-ci ildə ədliyyə nazirlikləri arasında
imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi
əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirmişdir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan
məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, qarşılıqlı
fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş imkanların
olduğunu, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydasını qeyd
etmişdir.
Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir
ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam
etdiyini vurğulamış, respublikamızın gündən-günə dinamik
tərəqqisini təqdir edərək hüquqi sahədə əlaqələrin daha da inkişaf
edəcəyinə ümidvar olduğunu söyləmiş, bunun üçün səylərini
əsirgəməyəcəyini bildirmişdir.
Qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO