Bakı Metropolitenindən yeni dərs ili təbriki - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı Metropolitenindən yeni dərs ili təbriki - FOTOLAR

Yeni tədris ilinin başlanması metroda sıxlığa səbəb olub. Lakin hər hansı xoşagəlməz hal müşahidə edilməyib.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Ali və orta məktəblərdə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq metro istifadəçilərinin sayında sıxlıq gözlənilən idi. Bu il də ənənəvi sıxlıq müşahidə edilib. Sıxlıq olsa da, hər hansı xoşagəlməz hal müşahidə edilmir.

Bu sıxlığı nəzərə alaraq hər il sentyabrın 15-də Bakı Metropoliteni qış qrafikinə keçir. Artıq qatarların sayını artırmışıq, intervallar azalıb. Sərnişinləri mənzil başına təhlükəsiz çatdırmaq üçün əlimizdən gələni edirik”.

N.Paşayev onu da bildirib ki, ilk dəfə olaraq yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq stansiyalarda reklam lövhələri yerləşdirilib. Bakı Metropoliteni rəhbərliyi tərəfindən şagird və tələbələri təbrik edib, onlara uğurlar arzulayırıq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm